top of page

Kamera Sistemlərində tez-tez edilən səhvlər və onların həlli

  • Yazarın fotoğrafı: Admin
    Admin
  • 22 Eyl
  • 1 dakikada okunur

ree

Müasir dövrdə təhlükəsizlik sistemləri hər bir biznes və fərdi mülk üçün vacibdir. Ancaq müşahidə kameraları quraşdırarkən edilən xırda səhvlər bəzən bütün sistemi faydasız edə bilir. Təcrübəmizə əsaslanaraq, ən çox rast gəlinən səhvləri və onların düzgün həll yollarını sizinlə bölüşürük.


1. Yanlış kamera yerləşdirilməsi

Problem: Kamera kor nöqtələr yaradır və ən vacib məkanları çəkmir.

Həll: Layihələndirmə mərhələsində obyektin planı üzərində analiz aparmaq və hər kamera üçün optimal bucaq seçmək.



2. Ucuz və keyfiyyətsiz cihaz seçimi

Problem: İşıq zəif olduqda görüntü itir, yaddaş tez sıradan çıxır.

Həll: Hikvision kimi beynəlxalq sertifikatlı brendlərdən istifadə etmək və mühitə uyğun model seçmək (gecə-görüşlü, bullet və ya dome tipli).


3. Kifayət qədər yaddaşın nəzərdə tutulmaması

Problem: Kameraların yalnız 1-2 gün arxiv saxlaması.

Həll: HDD tutumunu obyektin ölçüsünə görə hesablayın (məsələn, 8TB WD Purple disklər uzunmüddətli arxiv üçün ideal seçimdir).



4. Şəbəkə və internetin düzgün qurulmaması

Problem: Mobil izləmə kəsilir və ya kamera ləng işləyir, bəzən ümumən görüntü almaq mümkün olmur və.s

Həll: Peşəkar switch, router və kabeldən istifadə edin, PoE texnologiyası ilə kabel sayını minimuma endirin.



5. Texniki xidmətə laqeyd yanaşılma

Problem: Kamera işləyir, amma obyektiv tozlanır və görüntü bulanıq olur, bir çox hallarda keyfiyyətsiz görüntü alınır, izləmək mümkün olmur. görüntüdən hansısa məqamı seçməkdə çətinlik çəkilir və.s.

Həll: AVROTECH Smart Care kimi illik texniki xidmət paketlərindən istifadə edərək, sistemi daim optimal vəziyyətdə saxlamaq.



Nəticə

Kamera sistemini sadəcə qurmaqla iş bitmir – düzgün seçim, quraşdırma və texniki xidmət tələb edir. Doğru yanaşma ilə siz həm mülkünüzü, həm də işinizi etibarlı şəkildə qorumuş olursunuz.

AVROTECH olaraq biz hər bir müştəri üçün fərdi layihələndirmə, keyfiyyətli avadanlıq və 24/7 texniki dəstək təqdim edirik.


 
 
 
bottom of page